“Onlara verməyə “Patriot”umuz yoxdur”

“Onlara verməyə “Patriot”umuz yoxdur”

“ABŞ-də hazırda Ukraynaya vermək üçün “Patriot” hava hücumundan müdafiə sistemləri yoxdur”.

Bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O, bildirib ki, ölkəsinin “Patriot” sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə öz qoşunlarını qorumaq üçün yerləşdirilib:

“Əgər əlavə sistemlər əldə etsək, onları göndərəcəyik”.

Sallivan onu da deyib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot”lara ehtiyac olduğu barədə çağırış etmişdi.

Mənbə: qafqazinfo.az