Britaniya XİN Rusiya səfirini çağırdı

Britaniya XİN Rusiya səfirini çağırdı

Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu gün Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Kelini Rusiyanın Böyük Britaniyada təşkil etdiyi zərərli fəaliyyət iddiaları ilə bağlı çağırıb”, - sənəddə deyilir.

Qeyd edək ki, aprelin 26-da London polisi Rusiya ilə bağlı milli təhlükəsizliyə təhdidlə bağlı cinayət işində iştirak edən beş nəfəri ittiham edib.

Mənbə: qafqazinfo.az