"Rusiya bir neçə aya Odessa və Xarkovu ala bilər" - Ekspert

"Rusiya bir neçə aya Odessa və Xarkovu ala bilər" - Ekspert

"Çeçenistan rəhbəri Ramzan Kadırovun mayın sonuna qədər Odessa və Xarkovu nəzarətə götürmək planını qeyri-mümkündür".

Bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin News.ru-ya müsahibəsində bildirib.

Dandıkin qeyd edib ki, Rusiyada belə məsələləri müəyyən edən Ali Baş Komandan və Baş Qərargah rəisi var. Ekspert Kadırovun qoyduğu vaxt ərzində sözügedən planın baş tutmasını “qeyri-real” hesab edir.

O vurğulayıb ki, indiki halda buna sadəcə qələbə deyil, hərbi qulluqçuların və komandirlərin həyatını qorumaq nöqteyi-nəzərindən yanaşmaq lazımdır.

Dandıkin qeyd edib ki, Rusiyanın döyüş meydanında əməliyyat və taktiki uğurları var:

"İndi düşməni sıxmaq lazımdır, lakin bunun üçün tələsməyə ehtiyac yoxdur".

Ekspert bildirib ki, Odessa və Xarkovun tutulması bir neçə aya baş verə bilər. Onun fikrincə, düşməni və ona dəstək verən sponsorları qiymətləndirməmək düzgün deyil:

"Düşmənin indi hansı imkanlara malik olduğundan çıxış etməliyik. Son dərəcə diqqətli davranmaq lazımdır".

Zahid

Mənbə: www.bakupost.az