ABŞ Dövlət katibinin köməkçisi Gürcüstana gələcək

ABŞ Dövlət katibinin köməkçisi Gürcüstana gələcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Tbilisiyə səfərə gələcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı ABŞ-nin Gürcüstandakı səfirliyi yayıb. Bildirilib ki, Obrayn 14-17 may tarixlərində Monteneqroya və Gürcüstana səfər edəcək. Onun Gürcüstanda hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri ilə görüşərək ABŞ-nin Gürcüstan xalqına və Gürcüstanın dinc, firavan və təhlükəsiz Avro-Atlantik gələcəyinə sadiqliyini ifadə edəcəyi qeyd olunub.

Mənbə: apa.az