Fələstinlə bağlı mühüm iclas - Hakan Fidan Brüsselə gedir

Fələstinlə bağlı mühüm iclas - Hakan Fidan Brüsselə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yazıb.

Məlumata görə, səfər mayın 26-da baş tutacaq və Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün planlaşdırılıb.

Görüşlərdə Qəzzada son hadisələr və humanitar vəziyyət, həmçinin Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması istiqamətində görülən işlər müzakirə olunacaq.

Mənbə: musavat.com