Çinlə bağlı bəyanat: İqtisadi dayanıqlığımızı sarsıdan...

Çinlə bağlı bəyanat: İqtisadi dayanıqlığımızı sarsıdan...

Biz Çinin işçilərimizi, sənayelərimizi və iqtisadi dayanıqlığımızı sarsıdan qeyri-bazar siyasəti və təcrübələrindən geniş şəkildə istifadə etməsindən narahatıq.

Bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda bildirilib.

"O cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olaraq Çinlə bağlı bərabər şəraitin təmin edilməsi üçün birgə addımların atılması nəzərdən keçiriləcək", - bəyanatda vurğulanıb.

G7-nin maliyyə nazirləri qlobal minimum vergi sazişinin ilk mərhələsini bu ilin iyun ayının sonuna qədər imzalamağı hədəfləyirlər.

Mənbə: axar.az