Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olur?

Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olur?

İranın mərhum dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhudan ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürə bilər.

Bu barədə "Azad İran" məlumat yayıb.

Mühafizəkarlar Cəmilə Ələmulhudanın həm həyat yoldaşının hökumətdəki yolunu davam etdirə bilməsi, həm də İranın ilk qadın prezidenti olması üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər. Lakin qeydiyyatdan keçəcəyi təqdirdə xanımın Konstitusiyanın İcrasına Nəzarət Şurasının reaksiyasını gözləməsi lazımdır.

Mənbə: musavat.com