“53 milyon qalığı saxlamaqda məqsədiniz nədir?!”

“53 milyon qalığı saxlamaqda məqsədiniz nədir?!”

“Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyona yaxın ehtiyat var, 3 milyonu xərclənib, 53 milyonu qalıb. Bu qalığı saxlamaqda məqsədiniz nədir?!”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deyib.

“Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırın 500-600 manat edin artıq da qalmasın. Bunu eləmək istəmirsiniz müharibə veteranlarına verilən 80 manatı qaldırın. Ayıbdır. Müharibə veteranına 80 manat vermək gülüncdür”, - parlamentari vurğulayıb.

Zaur Mirzə

Mənbə: qafqazinfo.az