Madrid Fələstini paytaxtı Şərqi Qüds olmaqla tanıyıb.
"Reuters"ə istinadən xəbər verilir ki, Fələstin dövlətinin tanınmasının təfərrüatlarını İspaniyanın baş naziri Pedro Sançes açıqlayıb.
“İspaniya paytaxtı Şərqi Qüds olan Fələstin Milli Administrasiyasının (PNA) hakimiyyəti altında birləşmiş Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin dövlətini tanıyır”, - materialda deyilir.
Baş nazir vurğulayıb ki, Madrid 1967-ci ildən sonra Fələstin sərhədlərində hər hansı dəyişikliyi bütün tərəflər razılaşanadək tanımayacaq. İspaniya hökumətinin başçısı tanınmanın rəsmi təsdiqinin mayın 28-də baş tutacağına da aydınlıq gətirib.
Adəm Abbaslı
Mənbə: publika.az