Kirbi: ABŞ Putinin Şimali Koreyaya səfərini yaxından izləyəcək

Kirbi: ABŞ Putinin Şimali Koreyaya səfərini yaxından izləyəcək

ABŞ Rusiya Prezidenti Vladimir Putinin Pxenyana dövlət səfərini diqqətlə izləyəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Şübhəsiz ki, biz bu səfəri çox yaxından izləyəcəyik”, - Kirbi vurğulayıb.

Mənbə: apa.az