Putin Narışkini danladı: "İndi Ermənistan düşmənlərimizlə bir masa arxasında oturur"

Putin Narışkini danladı: "İndi Ermənistan düşmənlərimizlə bir masa arxasında oturur"

Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkini Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı 10 dəqiqəyə yaxın danlayıb.

Xatırladaq ki, İrəvan iyulda baş tutacaq NATO sammiti ilə bağlı öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib.

Putin bununla bağlı hesab edir ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan vəzifələrin heç birinin öhdəsindən gəlmir. Və bunda, Putinin sözlərinə görə, Narışkinin öz günahı var.

Xarici kəşfiyyat rəhbəri izah etməyə çalışıb ki, Şimali Atlantika Alyansının sammiti əhəmiyyətsiz bir hadisədir.

"İndi Ermənistan bizim düşmənlərimizlə bir masa arxasında oturub. Faktiki olaraq, bu, bizim də düşmənimizdir", - deyə Putin buna cavab olaraq bildirib.

Xatırladaq k, daha əvvəl İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planlarını açıqlamışdı.

Mənbə: oxu.az