Azərbaycanın sərhəddə aktivləşdiyini necə bilirsiniz? - Sarkisyan

Azərbaycanın sərhəddə aktivləşdiyini necə bilirsiniz? - Sarkisyan

Erməni media məkanında Azərbaycan ordusunun sərhəddə aktivləşdiyi barədə xəbərlər yayılıb.

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyana bu gün yerli jurnalistlər tərəfindən məsələ ilə bağlı suallar ünvanlanıb.

Sarkisyanın sözlərinə görə, Müdafiə Nazirliyi istənilən məlumatı çox sürətlə çatdırır.

Yerli jurnalistin “Azərbaycan ordusunun fəallaşması” ilə bağlı iradına isə Arman Sarkisyan belə cavab verib:

“Siz haradan bilirsiniz ki, Azərbaycan fəallaşıb. Davamlı olaraq həqiqətə uyğun olmayan məlumatlar yayılır. Müdafiə Nazirliyi bununla bağlı açıqlama verir. Hər hansı problem yaranarsa, biz mütəmadi olaraq informasiya təqdim edəcəyik”.

Mənbə: musavat.com