Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun "N" saylı hərbi hissəsinin əsgəri ölüb.

Məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Qeyd olunur ki, Sisyandakı hərbi hissədə həqiqi hərbi xidmət keçən David Nersesyanın vəziyyəti 9:40-da qəfil pisləşib. Huşunu itirən əsgəri hospitala aparsalar da, 10:00-da ölüb.

Faktla bağlı cinayət işi açılıb, tibbi-məhkəmə ekspertizası təyin olunub.

Mənbə: Sputnik Ermənistan

Mənbə: oxu.az