Birləşə bilməyən diasporumuz - VİDEO

Birləşə bilməyən diasporumuz - VİDEO

Bu gün dünyanın 49 ölkəsində 565 diaspor təşkilatı fəaliyyət göstərir. Çox uzağa getməyək. Elə qonşu Rusiyada bu təşkilatların sayı 102-dir. Sayımız kifayət qədər böyük rəqəmlərlə ifadə olunsa da, hələ də güc və fundamental birliyə nail olmaqda acizik. Diasporun fəaliyyəti ilə bağlı Rusiyada da problemlər yaşanır.

Bir müddət əvvəl Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad bülbüloğlu REAL-a müsahibəsində bu narahatlığı ifadə etmişdi. Səfir dünyadakı diaspor təşkilatlarının öz ölkələrinə kömək etmək üçün çalışdığını, Azərbaycan Diasporunun isə əksinə dövlətdən nə isə umduğunu dilə gətirdi.

Bəli, diaspor təşkilatlarının yaradılmasında məqsəd vətəndən uzaq düşən insanları elə öz vətənləri naminə birləşdirməkdir.

Bəs bu gün bizim diaspor təşkilatları bu missiyanın öhdəsindən gəlirmi?

Bəziləri 80-ci illərdə, hələ yeni-yeni yaranmaqda olan təşkilatların indikilərdən daha vətənpərvər, azərbaycançılıq deyaları ilə daha çox silahlandığını deyirlər.

Jurnalist, elə həmin illərdə Azərbaycan Dövlət Televiziyasında "Dalğa" proqramının aparıcısı olmuş İlqar Əlfioğlu da o vaxtkı diaspor təşkilatları ilə indikiləri müqayisə edərkən deyir ki, insanlar 80-ci illərdə xarici ölkələrə daha çox çörək dalınca gedirdilər və pul qazanıb Azərbaycana qayıtmaq barədə düşünürdülər. Ona görə də, diaspor fəaliyyəti güclü idi. Onlar yaşadıqları ölkələrdə Azərbaycan dilində qəzetlər buraxırdılar, sanki bir-birinə təskinlik verirdilər. Sonra maddi təbəqələşmə dərinləşdi və ordakı insanların bəziləri milyonçu oldu.

Jurnalist uzun illər diaspor təşkilalarına küllü miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, orada parçalanma meyllərinin hökm sürdüyünü, bir təşkilatın 2,3 və hətta 4 qola bölündüyünü, ondan şəxsi məqsədlər üçün istifadə olunduğunu deyir. Hətta azərbaycançılıq da bəziləri üçün şəxsi marağa xidmət edən bir məvhuma çevrilib.

İlqar Əlfioğlu deyir ki, Azərbaycan tolerant ölkə kimi dünyaya nümunə olsa da, bəzən bu xüsusiyyət ölkə xaricində birləşmək, bir mövqedən çıxış etmək baxımından problem yaradır. Amma ermənilərdə milli idealogiya var və onlar bu ideologiya uğrunda mübarizə aparırlar:

Diasporla İş Üzrə Dövlət Komitəsinin təbliğat, İnformasiya və Analitik Təhlil Şöbəsinin rəhbəri Aqil Əsədov deyir ki, diaspor təşkilatlarının zəifləməsinə səbəb dünyada gedən qloballaşma prosesləridir:

Aqil Əsədov xaricdə yaşayan iş adamlarının Azərbaycana sərmaye qoyması üçün imkanların yaradıldığını və bunun üçün artıq elektron şəkildə imzaların təqdim olunduğunu deyir:

Bununla belə, Aqil Əsədov Azərbaycan Diasporunun son dövlərdəki uğurlarını da sadalayıb. O, diaspor təşkilatlarının Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçirdiyini və bura dünyanın 21 ölkəsindən insanın qatıldığını və 10 dildə şüarın səsləndirildiyini deyir. Şöbə Müdiri digər bir uğuru isə diaspor təşkilatlarının birləşməsi ilə əlaqələndirir.

O, son dövrlərdə 27 ölkəni əhatə edən 11 koordinasiya şurasının yaradıldığını da bildirir.

Mənbə: www.realtv.az