İranda prezident seçkilərində o liderdir - Yenilənib

İranda prezident seçkilərində o liderdir -

Hazırda İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderdirlər.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, seçici səslərinin sayılmasının ilkin məlumatlarına əsasən, 8,379 milyon səsin hesablanmasından sonra Səid Cəlili liderdir.

***

Səid Cəlili 10,366 milyon səs hesablandıqdan sonra da növbədənkənar prezident seçkilərində öndədir.

***

Prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Bildiirlir ki, 19 069 713 bülleten artıq hesablanıb. Məsud Pezeşkian 8 302 577 səslə liderlik edir. Onun ardınca 7 189 756 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşıb.

Mənbə: qafqazinfo.az