“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

“Azərbaycanla sülh sazişi vacibdir” -

“Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyada keçirilən “Dubrovnik” forumunda Albaniyadan olan həmkarı İqli Hasani ilə görüşdə bildirib.

O, həmçinin İ. Hasanini Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyətlə bağlı məlumatlandırıb.

Qeyd edək ki, A. Mirzoyan iyulun 27-də Ermənistanın bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduğunu bildirmişdi.

Mənbə: qafqazinfo.az