Mason olduğunu dedi və vəzifəsindən istefa verdi

Mason olduğunu dedi və vəzifəsindən istefa verdi

Xorvatiyanın Baş prokuroru Drazen Jelenik mason olması ilə bağlı açqılamasından sonra istefa verib.

Axar. az xəbər verir ki, D.Jelenik açıqlamasında vəzifəyə başladığı gündən etibarən peşəkar, vicdanlı və ləyaqətlə hərəkət etdiyini deyib.

“Xorvatiya Respublikasının Baş Prokurorluğunda çalışdığım 28 il müddətində Konstitusiya və qanunların tələb etdiyi qaydalara uyğun hərəkət etmişəm. Mason lojasına üzv olmağım prokurorluqdakı işimə təsir etməyib. Mason olmağımla bağlı cəmiyyətdə gedən söz-söhbətlərin Xorvatiya Respublikasının Baş Prokurorluğunun imicinə zərər verməməsi üçün könüllü olaraq istefa verirəm”, - D. Jelenik bildirib.

Qeyd edək ki, baş prokuror ötən gün 2018-ci ildən Mason lojasına üzv olduğunu açıqlamışdı.

Mənbə: axar.az