Aİ Zimbabveyə tətbiq olunan silah embarqosunu daha bir il uzadır

Aİ Zimbabveyə tətbiq olunan silah embarqosunu daha bir il uzadır

Avropa İttifaqı Zimbabveyə tətbiq olunan silah embarqosunu daha bir il uzadacaq. Ordu.az xəbər verir ki, bu barədə İttifaqın rəsmi saytında məlumat verilib.

Bildirilir ki, bunun səbəbi insan hüquqlarının pozulmasında günahlandırılan təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı hələ də heç bir tədbirin görülməməsidir.

Qeyd edək ki, sanksiyalar 2002-ci ildə tətbiq olunub və hələ də qüvvədədir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az