Ötən gün İdlibdə şəhid olan Türkiyə əsgəri İbrahim Akkayanın dəfn mərasimində Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.
Axar.az xəbər verir ki, dəfn mərasimində ürəkağrıdıcı anlar yaşanıb. Belə ki, şəhidin ailəsinə başsağlığı verən H.Akara şəhid atası Əli Akkaya "Mənə söz verin, məni də əsgərə aparacaqsınız", - deyə müraciət edib.
Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.
Mənbə: axar.az