Ermənistan hərbi istintaq bölməsində çaxnaşma: Müstəntiqlər çıxılmaz vəziyyətdədirlər

Ermənistan hərbi istintaq bölməsində çaxnaşma: Müstəntiqlər çıxılmaz vəziyyətdədirlər

Ermənistan İstintaq Komitəsinin hərbi istintaq bölməsində çaxnaşma var. Müstəntiqlər çıxılmaz vəziyyət qarşısında qalıblar. Məsələ burasındadır ki, bundan bir müddət öncə Ermənistanın Baş prokuroru Artur Davtyan keçmiş deputat Arakel Movsisyanın (Şmays) oğlu Davit Movsisyanın etdikləri ilə bağlı xitam verilmiş işi ləğv etməyə və yeni istintaqa başlamağa qərar verib.
Söhbət müddətli hərbi qulluqçunun xalası tərəfindən Hərbi Polisə daxil olmuş və gedişat verilməmiş məlumatdan gedir.
Məlumata görə, işin istintaqına başlamazdan əvvəl Ermənistanın Baş prokuroru Artur Davtyan müddətli hərbi qulluqçunun xalasını şəxsən öz yanına dəvət edib.
Əsgərin xalası və baş prokuror təxminən 40 dəqiqə söhbət edib. Bu müddət ərzində prokuror və hərbi prokuror onu möhkəm olmağa, hüquq-mühafizə orqanlarına barəsində bir neçə ay öncə Hərbi Polisin qaynar xəttinə məlumat vediyini bildirməyə inandırıblar.
Lakin görüşdən bir neçə gün sonra hərbi istintaq bölməsinin müstəntiqləri əsgərin xalasını dindirilməyə dəvət edəndə qadın müstəntiqlərə qəzəblənib və onu rahat buraxmalarını söyləyib.
Qadının danışmaqdan imtina etməsinə baxmayaraq, hüquq-mühafizə orqanları telefon danışıqları nəticəsində bəzi şeyləri aşkara çıxara biliblər.
Prokurorluqdan bildirilib ki, Baş prokurorın hər hansı görüşü olmayıb.
“Hərbi prokurorun yanında qarnizon prokurorunun iştirakı ilə qəbul olub, lakin heç kimisə nəyəsə inandırmaq problemi olmayıb, sadəcə nəsihət verilib”, - deyə prokurorluqdan bildirilib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az