Alıcı Dilavərovun müayinələri davam etdirilir...
Koronavirus infeksiyası ilə əlaqədar karantinə yerləşdirilən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun müayinələri davam etdirilir.
Bunu Pravda.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, A.Dilavərovla mütəmadi telefon əlaqəsi saxlayır: “Özünü yaxşı hissi edir. Onun immuniteti güclüdür. Ümid edirik ki, yaxın vaxtlarda evə buraxılacaq. Narahatlığa əsas yoxdur”.
pia.az
Mənbə: pia.az