Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Seyyidüş Şühdə" hərbi briqadalarının komandiri Əbu Əla əl-Vəlai ABŞ əsgərləri ilə bağlı açıqlama verib.
O, açıqlamasında bildirib ki, İraqda bir dənə də olsun ABŞ əsgəri qalmamalıdır.
"Rəsmi Vaşinqton ilə danışıqlara gedənlər şəhid ailələrini nəzərə almalıdırlar. Bu danışıqlar İraqın izzəti ilə yekunlaşmalıdır", - deyə Əbu Əla əl-Vəlai diqqətə çatdırıb.
Əbu Əla əl-Vəlai açıqlamasında qeyd edib ki, müqavimət cəbhəsi ABŞ qoşunlarına qarşı İŞİD ilə mübarizə apardığı kimi döyüşəcək.
Mənbə: Rasthaber
Mənbə: eastnews.org