Pandemiya şəraitində çimərliklər necə fəaliyyət göstərməlidir – ekspert şərh edir

Pandemiya şəraitində çimərliklər necə fəaliyyət göstərməlidir – ekspert şərh edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu il çimərliklərdə qiymətlərin bahalaşacağını gözləyir

RADİOEyyub Hüseynov: “Çimərliklərdə karantin qaydaları tətbiq edilməlidir”

Çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, bu il çimərlik sezonu mütləq açılmalıdır:

“Təəssüf ki, çimərliklərdən istifadə edən vətəndaşlarımız intizamsızlıq edirlər. İnsanlar xəbərdarlıqlar edilməsinə baxmayaraq, çirkli çimərliklərə getməyə davam edirlər. Pandemiyaya görə, bu il çimərliklərdə qiymətlərin bahalaşacağını gözləyirəm. Çimərliklərdə karantin qaydaları mütləq şəkildə tətbiq edilməlidir”.

Mənbə: sputnik.az