Ermənistan rekordu yenilədi - Koronadan fantastik sıçrayış

Ermənistan rekordu yenilədi - Koronadan fantastik sıçrayış

Son bir gündə Ermənistanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 460 nəfər artaraq 8676-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Eyni zamanda, Ermənistanda son 24 saat ərzində koronavirusdan daha 7 ölüm hadisəsi qeydə alınıb. Beləliklə, Ermənistanda COVID-19 qurbanlarının sayı 120-yə çatıb.

Əlavə edək ki, son göstəricilər Ermənistanda rekord hədd sayılır.

Mənbə: teleqraf.com