Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftərin ən böyük dəstəkçisi olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu yardımların əhəmiyyətli hissəsini İsrail vasitəsilə çatdırıb.
Cebhe.info xəbər verir ki, BƏƏ, 2014-cü ildən bəri iştirak etdiyi Liviya müharibəsində Həftərə regional səviyyədə Səudiyyə Ərəbistanı və Misir, habelə İsrail üzərindən dəstək verib.
Açıq mənbələrdə olan məlumata görə, BƏƏ, bir tərəfdən Həftəri İsrail istehsalı olan havadan müdafiə sistemləri ilə təmin edərkən, digər tərəfdən üsyançıların təlimi üçün “Mossad” agentləri ilə İordaniya və Misirdə danışıqların təşkilatçısı kimi önə çıxır.
İsrailin 2015-ci ildə Həftər üçün təşkil etdiyi əməliyyatlar:
İsrailin Milli Təhlükəsizlik Mütəxəssisi və araşdırmaçı jurnalist Richard Silverstein, 2017-ci ilin avqustunda “Middle East Eye”də dərc olunan “Həftər: İsrailin Liviyanın güclü adamına etdiyi gizli yardım, Afrikada yeni bir dostu ortaya çıxardı” adlı məqaləsində İsrailin Liviyada təşkil etdiyi hava hücumlarından yazıb.
Silverstein, sözügedən məqaləsində İsrailin Həftərə dəstək məqsədi ilə Liviyada İŞİD-in və digər radikal terror təşkilatlarının hədəflərini vurduqlarını yazıb.
Jurnalist Silverstein, İsrail ordusunun Həftərə birabaşa yardım göstərməsi ilə bərabər, Liviyada onun önünü açmaq üçün 25 avqust 2015-ci ildə İŞİD-in Sirtedeki hədəflərini bombaladığını xüsusi vurğulayıb.
Ərəb dilli London nəşri olan “Ərəb əl-Cədid” qəzetinin 24 iyul 2017-ci ildəki yayımında, Həftərin yüksək rütbəli bir zabitinin verdiyi məlumata əsasən, Həftərin 2015-2016-cı illərdə BƏƏ-nin vasitəçiliyi ilə “Mossad” agentləriylə İordaniyada görüşdüyü qeyd olunur.
“Arab əl-Cədid” qəzeti BƏƏ-nin Həftəri İsrail istehsalı havadan müdafiə sistemləri ilə təmin etdiyini yazıb.
Liviyada Mossadın Həftər qüvvələrinə snayper tüfəngləri ilə gecə görmə dürbünlərini almağa kömək etdiyi də iddia edilib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən 20 iyul 2016 tarixində yayımlanan bir sənəddə, Yəhudi əsilli Kanada vətəndaşı, keçmiş “Mossad” agenti 1951-ci il təvəllüdlü Ari ibn Mənaşə ilə Həftər arasında bir müqavilə imzalandığı bildirilir. Müqaviləyə görə, Mənaşə, Həftərlə ABŞ arasında siyasi bağlantılar quracağı və onu Konqres üzvləri ilə görüşdürəcəyi bildirilir.
Bunun qarşılığında isə Həftərin Mənaşəyə 6 milyon dollar ödəyəcəyi qeyd edilib.
Liviya İsrail üçün enerji korudoru sayıldığına görə, İsrail Həftərə dəstək verir.
Mənbə: cebhe.info