Patruşev: ABŞ-ın bu addımını alqışlayacağıq

Patruşev: ABŞ-ın bu addımını alqışlayacağıq

Rusiya ABŞ-ın Əfqanıstanda daxili siyasi konfliktləri bitirəcək real addımlarını alqışlayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, Amerika hərbçilərinin bu ölkədən çıxarılmasının Əfqanıstandakı vəziyyəti deqradasiya etməməli olduğunu bildirib:

“Amerika qoşunlarının hazırda Əfqanıstanda olması legitimdir. Hərbi kontingentin hansı həcmdə çıxarılmasını ABŞ-ın özü müəyyən etməlidir”.

Patruşev NATO-nun Əfqanıstandakı missiyasının hədəflərinə çatmadığını söyləyib:

“Əfqanıstan hələ də əmin şəkildə dünyanın ən böyük tiryək istehsalçısı və tədarükçüsü statusunu saxlayır. Əfqanıstan dünyadakı qanunsuz tiryək dövriyyəsinin 80%-ni təmin edir. 2001-ci il əməliyyatı başlayandan bu yana Əfqanıstanda heroin istehsalı 10 dəfə artıb”.

Mənbə: axar.az