“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”

“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”

Telman Nüsrətoğlu: “Bunun baş verməməsi üçün türk dünyası olaraq ortaq güc ortaya qoymalıyıq”

Dünəndən Ermənistanla sərhəddəyaşanan gərginlik davam edir. Hansı ki, Türkiyə dövləti elə dünən Azərbaycanı dəstəkləyən, Ermənistanı qınayan bəyanatla çıxış edib.

Bu məsələdə ilk beynəlxalqdəstəyin Ankaradan gəlməsi Türkiyənin Azərbaycana olan dost, qardaş münasibətiningöstərcisi sayıla bilərmi? Bu bəyanat bir daha Türkiyənin Azərbaycanın ən yaxınmüttəfiqi olduğunu göstərmirmi?

Moderator.az-aaçıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçialim Telman Nüsrətoğlu məsələilə bağlı maraqlı fikirlər səsləndirib:

“Biz millətimiz ətrafında,coğrafiyamızda baş verən hadisələrə, Türk dünyasına, erməni məsələsinə bütövolaraq baxmalıyıq. Hamıya aydındir ki, Ermənistan müstəqil dövlət deyil,Rusiyanın for-postudur. Erməni siyasətçilərinin, liderlərinin əksəriyyəti də xüsusixidmət orqanlarının əməkdaşları, bəlirli misya daşıyıcılarıdır. Bu mənadaTovuzda baş verən erməni təxribatını da bölgəmizdə və dünyada baş verən hadisələrdən,Rusiyanın keçmiş SSRİ məkanına yönəlik yayılmaçı siyasətinin yeni fazasındanayrı dəyərləndirmək olmaz. Liviyada, Suriyada Türkiyənin önünü kəsməyə çalışanbir Rusiya var. Turkiyənin müdafiə naziri Hulusi Akarın Ukrayna ziyarətisırasında ifadə etdiyi Kırımın ilhaqını qətiyyən qəbul etməyəcəyik bəyanını da,başqan Ərdoğanın rus Vaqnerini də nəzərdə tutaraq, “Liviyanı qan gölünə çevirənlegionerlər dərhal ölkəni tərk etməlidir” çıxışını da bu kontekstən dəyərləndirməliyik.

Təəssüf ki, Rusiya daxilietno demoqrafiq reallığını da nəzərə alaraq, Türkiyə başda olmaqla Türk islamaləmiylə əməkdaşliq və müttəfiqlik etmək yerinə, tarixi düşmənçilik siyasətinədavam edir. Erməni məsələsində, haqlı davamız olan Qarabağın işğaldan azadedilməsi, müstəqilliyimizlə bağlı məsələlərdə Rusiya bizə dost münasibəti sərgiləmir.Bütün dünya bilir ki, Rusiya mane olmasa, Azərbaycan ordusu çox qısa bir müddətdəerməni işğalçılarını torpaqlarımızdan təmizləmək qüdrətindədir. Türkiyə, Türkdünyası Rusiyanın bu xoş niyyətli olmayan siyasətinə nə qədər dözməlidir? Kırım,Qarabağ. Birlik formalaşdıraraq ortaq güc ortaya qoya bilməsək, bu səfərTürküstanın hansısa vilayəti əməliyat masasında ola bilər.

Dəfələrlə ifadə etdiyimkimi,Türkiyə ana qərargahımız, ən qüdrətli dövlətimizdir. Prezident Ərdoğan buyaxınlarda açıq şəkildə Qarabağın Türkiyənin də milli məsələsi olduğunu ifadəetdi. Türkiyə xarici işlər naziri cənab Çavuşoğlu “Azərbaycan Qarabağprobleminin həlllində hansı yolu seçərsə biz yanındayıq” dedi. Bu qədər birmənalıbir dəstək var. Məncə biz səbrlə ordudan yüksək texnologiya istehsalına Türkdünyasının, Azərbaycanla Türkiyənin ortaqlığını dərinləşdirməli, gücümüzə gücqatmalıyıq. Belə görünür ki, tarixi hesablaşma yaxınlaşır. Azərbaycantorpaqları işğal altında olduğu müddətcə Qafqazda stabillik daimi ola bilməz.Bunu Rusiya da gec-tez anlamaq məcburiyətində qalacaq”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az