Australiya COVİD-19-a görə Viktoriya ştatında məhdidiyyətləri daha 6 həftə uzadır

Australiya COVİD-19-a görə Viktoriya ştatında məhdidiyyətləri daha 6 həftə uzadır

Avstraliya yeni koronavirus hallarını nəzarətdə saxlamaq üçün çərşənbə günündən başlayaraq ölkənin ikinci böyük şəhəri olan Melburnda altı həftə ərzində qeyri-əhəmiyyətli müəssisələrin bağlanmasına göstəriş verib.

Səhiyyə rəsmiləri bazar ertəsi Melburn da daxil olmaqla, Victoriya ştatında COVID-19-a 429 yoluxma, 13 ölüm halının qeydə alındığını bildirib.

Mağazaların əksəriyyətinin bağlanması ilə yanaşı, tikinti və ət istehsalı kimi digər sanaye sahələri də cümə günündən etibarən fəaliyyətlərini məhdudlaşdırmalı olacaq.

Victoriya ştatının hökuməti bazar günü Melburnda COVID-19 fəlakəti elan edib. Yeni məhdudiyyətlərinin qüvvəyə minməsi ilə Avstraliyanın baş naziri Skot Morrison bazar ertəsi Viktoriyada xəstəlik məzuniyyəti olmayan və təcrid olmaq məcburiyyətində qalan işçilərə təxminən 1000 dollar ödəniləcəyini bildirib.

Bu ödənişlər test nəticələri müsbət çıxan, virus simptomları müşahidə edilən və ya xəstələrlə təmasda olan insanları tövsiyələrə riayət edərək evdə qalmağa təşviq etmək və insanları maliyyə təzyiqləri altında işləməyə məcbur olaraq digərlərini yoluxdurma riskindən də uzaqlaşdırmaq üçün nəzərdə tutulub.

“Bu ürək ağrıdır. Bu pandemiyanın, bu virusun çox ağır təsirləri var və biz indi və bu pandemiya davam etdiyi müddət bir-birimizə dəstək olmağa davam etməliyik" - deyə, Morrison bildirib.

Mənbə: www.amerikaninsesi.org