ABŞ ordusuna məxsus helikopter təcili eniş edib, yaralı var

ABŞ ordusuna məxsus helikopter təcili eniş edib, yaralı var

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter bir nəfərin yerdən helikopterə atəş açması nəticəsində təcili eniş etmək məcburiyyətində qalıb. Ordu.az “Washington Times” nəşrinə iatinadən xəbər verir ki, insident UH-1N “Huey” helikopterinin Virciniyanın şimalındakı Manassas Regional Hava Limanında təlim uçuşu zamanı baş verib.

Hadisə nəticəsində helikopterin ekipaj üzvlərindən biri yaralanıb.

Bildirilir ki, Federal Təhqiqat Bürosu hazırda hadisəni araşdırır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az