Məscidül-Əqsa imamı İsrail-BƏƏ razılaşmasına münasibət bildirdi

Məscidül-Əqsa imamı İsrail-BƏƏ razılaşmasına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejimi arasında imzalanan "normallaşma sazişi" ilə bağlı danışan Məscidül-Əqsa imamı Şeyx İkrimə Səbri Məscidül-Əqsanın yalnız müsəlmanlara aid olduğunu və digər dinlərin bu məscidlə əlaqələrinin olmadığını bildirib.

"Məscidül-Əqsanın müqəddəsliyinə xələl gətirən heç bir razılaşmanı qəbul etməyəcəyik", - deyə Səbri bildirib. "BƏƏ və ya başqalarının İsrail ilə normallaşması yeni bir şey deyil. Əvvəl gizli olaraq edildi, indi isə aşkarda oldu", - Səbri deyib.

Bütün bu siyasi həmlələrin arxasında ABŞ-ın olduğunu ifadə edən Səbri "Qanuni haqqımız qiyamətə qədər qalır. Biz ABŞ-a heç vaxt təslim olmayacağıq. Müsəlmanların heç kimin himayəsinə ehtiyacı yoxdur", - deyə bildirib.

Mənbə: AA

Mənbə: eastnews.org