Rusiyanın dövlət sərhədlərinin 20-30 km-də NATO ölkələrinin aktivliyi müşahidə olunur.
Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
“ABŞ və NATO-nun hərbi aktivliyi Atlantik və ya Karib hövzəsində deyil, Rusiya sərhədlərinin 20-30 km-də baş verir”, - Gerasimov bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Rusiya sərhədləri yaxınlığında uçuşlar həyata keçirirlər.
Mənbə: axar.az