Beynəlxalq Böhran Qrupu ABŞ-ın husilər barədə qərarına münasibət bildirdi

Beynəlxalq Böhran Qrupu ABŞ-ın husilər barədə qərarına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Beynəlxalq Böhran Qrupu ABŞ-ın Yəməndəki vətəndaş müharibəsində mərkəzi hökumətə qarşı mübarizə aparan husiləri "terror təşkilatı" elan etməsinin sülh cəhdlərinə mənfi təsir göstərəcəyini və ölkədəki aclığı artıracağını bildirərək, yeni rəhbərliyi qərarı ləğv etməyə çağırıb.

ABŞ Dövlət katibi Mayk Pompeo 11 yanvarda yayımlanan açıqlamasında Dövlət Departamentinin "Husilər" olaraq da bilinən "Ənsarullah" təşkilatının İmmiqrasiya və Vətəndaşlıq Qanununun 2019-cu maddəsinə uyğun olaraq "xarici terror təşkilatı" (FTO) elan ediləcəyini və "xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçu quruluş" (SDGT) olaraq qəbul ediləcəyi barədə Konqresə məlumat verdiklərini bildirmişdi.

Pompeo təşkilat rəhbərləri Abdülməlik Husi, Abdülxaliq Bədrəttin Husi və Abdullah Yəhya Hakimin SDGT çərçivəsində terrorçu elan ediləcəyi ilə bağlı məlumatını da paylaşmışdı.

Mənbə: eastnews.org