Əlində Putinin portreti ilə peyvənd olundu

Əlində Putinin portreti ilə peyvənd olundu

Argentinanın Buenos-Ayres əyalətinin Roka-Peres şəhərinin meri Xuan Karlos Qasparini əlində Rusiya Prezidenti Vladimir Putinin portreti ilə peyvənd olunub.

“Qafqazinfo” bildirir ki, sözügedən fotonu o, tvitter səhifəsində paylaşıb.

“Mən peyvənd olundum! Alberto Fernandes (Prezident-red.), Aksel Kisilof (qubernator), Kristina Fernandes de Kirşner (vitse-prezident), çox sağ olun. Deyirdilər ki, onlar bizi zəhərləyəcək, onlar isə bizim həyatımızı xilas edir”, - şəhər meri paylaşımında yazıb.

Qeyd edək ki, dekabrın 29-da Argentinada vaksinasiya prosesi başlayıb. Ölkə Rusiya istehsalı olan “Sputnik V” vaksinindən istifadə edir.

Mənbə: qafqazinfo.az