İsveç səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin bərpa olunmasının 31-ci ildönümü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrik səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.
"Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 31-ci ildönümüdür. Bu əlamətdar gündə İsveçin Bakıdakı səfirliyi Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərini və ən xoş arzularını çatdırır. Müstəqilliyin Bərpası Gününüz mübarək!”, - paylaşımda deyilir.
Mənbə: report.az