Növbəti müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və elə həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
Bu barədə cümə axşamı Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun T-24 telekanalının efirində bildirib.
“Ərdoğanın andiçmə mərasimi parlamentdə baş tutacaq. Daha sonra prezident sarayında andiçmə mərasiminə gəlmiş xarici liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - deyə Altun qeyd edib.
Mənbə: oxu.az