ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens ABŞ-ın Ukraynaya yardımını dəstəklədiyini bildirib və sabiq prezident Donald Trampı Rusiya prezidenti Vladimir Putini təriflədiyi üçün tənqid edib.
Publika.az xəbər verir ki, o, bunu “CNN” telekanalına müsahibəsi zamanı deyib.
Mən bilirəm ki, bəziləri bu debatlarda Ukraynadakı müharibəni ərazi mübahisəsi adlandırıblar. Bu, səbəbsiz rus işğalıdır. İnanıram ki, Amerika Birləşmiş Ştatları Ukraynadakı cəsarətli əsgərlərə Rusiyanın işğalını dəf etmək və ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan mənbələri verməyə davam edəcək” –deyib.
Pensin açıqlamaları, oxşar ünsiyyət zamanı Ukraynanın müharibədə qalib gəlməsini istəyib-istəmədiyini söyləməyən Tramp ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Keçmiş prezident may ayında bu suala cavab verməmişdi.
Pens Putini dahi adlandırdığına görə də Trampı tənqid edib.
Aydan
Mənbə: publika.az