Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-da iştirak etmək üçün Bakıya gəlib.
Metbuat.az-a istinadən xəbər verilir ki, tədbirdə iştirakdan sonra ölkəsinə qayıdan Ərdoğan təyyarədə jurnalistlərə açıqlamalar verib.
Qardaş ölkənin dövlət başçısı Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən hörmət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Ərdoğanın təyyarədən yayılan fotosunda azərbaycanlı jurnalist Sevil Nuriyeva da yer alıb.
Qeyd edək ki, Sevil Nuriyeva Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı və Qafqaz mediya mərkəzinin rəhbəridir.
Həmin fotonu təqdim edirik:
Mənbə: bizim.media