Rumıniya prezidenti istefa verir

Rumıniya prezidenti istefa verir

Rumıniya Prezidenti Klaus Yohannis istefa verəcəyini açıqlayıb.

O, dövlət başçısı postunu fevralın 12-də tərk edəcəyini bildirib.

Yohannisin sözlərinə görə, ölkə vətəndaşlarını böhrandan azad etmək üçün bu addımı atmağa qərar verib.

Qeyd edək ki, Rumıniya parlamenti fevralın 11-də ümumi plenar iclas zamanı Klaus Yohannisin hakimiyyətdən uzaqlaşdırılmasına dair müxalifət tərəfindən irəli sürülən məsələni müzakirə edəcəkdi.

Mənbə: qafqazinfo.az