"Koronavirus pandemiyası artıq dünyada siyasi gündəmi dəyişir"-RƏY

"Koronavirus pandemiyası artıq dünyada siyasi gündəmi dəyişir"-RƏY

Dünyada koronavirusun yayılması şəraitində mühüm strateji tədbirlərin təxirə salınması da nəzərə çarpır. Belə ki, soyuq müharibədən sonra ABŞ və NATO-nun Avropada ən iri hərbi təlimləri kimi nəzərdə tutulan "Defender Europe 2020" təlimlərinin faktiki olaraq pozulması müşahidə edilməkdədir.

"Defender Europe 2020" hərbi təlimlərinin Rusiya sərhədlərinə yaxın bölgədə keçirilməsinə Moskva elə əvvəlcədən öz kəskin etirazını bildirirdi. Lakin ABŞ-ın planlarına koronavirus müdaxilə etdi. Litvada yerləşən NATO-nun beynəlmiləl batalyonunda COVID-19 koronavirusunun ocağı aşkar edildikdən sonra Vaşinqton qoşunlarının Avropaya təlimlərdə iştirak etmək üçün köçürülməsindən imtina etdi. Hərbi təlimlərdə iştirakdan Almaniya da imtina etdi, Polşa isə NATO-nun qoşunları və hərbi texnikasının Estoniya ərazisinə köçürülməsinə imkan vermədi.

Qərblə Rusiya arasında artan geosiyasi qarşıdurmanın təzahürü olan "Defender Europe 2020" hərbi təlimlərinin koronavirusun yayılması səbəbindən baş tutmaması mahiyyət baxımından pandemiyaya qarşı qlobal mübarizəni gücləndirilmək zərurətinə bir işarə kimi dəyərləndirilə bilər. Bu hadisə dünyanın xüsusən virus pandemiyası şəraitində ölkələrarası sülhə və qlobal təhlükəsizliyə nə dərəcədə eytiyac duyduğunu göstərir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullzadə SONXEBER.AZ-a danışıb. O, bildirib ki, koronovirus beynəlxaq münasibətlərdə çox ciddi dəyişikliyə, xüsusilə də ABŞ və Rusiya arasındakı geosiyasi mübarizədə müəyyən pauzaya gətirib çıxardıb:

"ABŞ-ın NATO çətiri altında keçirməyi planlaşdırdığı "Avropanın müdafiəsi- 2020" hərbi təlimləri məhz buna görə təxirə salınmaq üzrədir. Əgər bu təlimlər reallaşsaydı, Rusiya daha da aqressivləşib Şərqi Avropada deeskalasiya vəziyyəti yardacaqdı. Ona görə də bu kimi təlimlər beynəlxalq nizmada ciddi böhranalara gətirib çıxarır. Koronavirus pandemiyası artıq siyasi gündəmi dəyişir və bütün dünya bu epidemiyaya qarşı mübarizədə səfərbər olur. Bu yaxınlarda keçirilən böyük yeddiliyin zirvə toplantısı demək olar ki, pandemiyaya qarşı birgə mübarizəyə həsr olundu. Çıxış yolları axtarıldı və vəsait ayrılmasına qərar verildi. Ona görə də pandemiya dövründə aktiv hərbi təlimlər və müharibə fazasına keçiş uğurlu sayılmır və dünyanın birgə mübarizəsinə mənfi təsir edir. Avropanın müdafiəsi adı altında irimiqyaslı təlimlərə NATO dövlətlərinin qoşulmaması epidemiyanın daha da lokallaşmasına gətirib çıxarmaqla yanaşı, Şərqi Avropanı müəyyən risklərdən azad edir".

Mənbə: sonxeber.az