Xarkovda əks-hücumun qarşısını aldıq, irəliləyirik - Qançev

Xarkovda əks-hücumun qarşısını aldıq, irəliləyirik -

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin əks-hücum cəhdlərinin qarşısını alaraq Xarkov vilayətində irəliləyir.

Bu barədə Xarkov vilayətinin "hərbi-mülki administrasiyasının rəhbəri" Vitali Qançev məlumat yayıb.

"Cəbhə yavaş-yavaş, lakin əminliklə irəliləyir. İş hər gün aparılır, döyüşçülərimiz ukraynalıların əks-hücum cəhdlərinin qarşısını alır”, - V.Qançev qeyd edib.

Mənbə: axar.az