İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətləri səfirliklərin işini müzakirə edəcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus keçirdiyi brifinqdə bildirib.
“Ukrayna məsələsi qətiyyən gündəmdə deyil, danışıqlar yalnız səfirliklərin işinə yönəlib”, - o qeyd edib.
Bryus vurğulayıb ki, tərəflər diplomatik missiyaların işinin daha da sabitləşdirilməsində irəliləyiş əldə etməyə çalışacaqlar. Dövlət Departamentinin rəsmisi əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması yalnız Ukraynadakı münaqişə həll edildikdə baş verə bilər.
Mənbə: qafqazinfo.az