Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi postuna hücumun təşkilinə Ukrayna vətəndaşı rəhbərlik edib.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.
"Onun hərəkətlərini yönləndirən şəxslərin də şəxsiyyəti müəyyənləşib. Onların bəziləri Türkiyədədir və addımlarını Ukrayna vətəndaşı yönəldir. Biz onların hər birinə sərt cavab verəcəyik”, - Kadırov bildirib.
Qeyd edək ki, aprelin 7-də Açxoy-Martan şəhərində bir nəfər polis əməkdaşlarına bıçaqlı hücum edib. Hücum nəticəsində yaralananlar olub, bir polis əməkdaşı isə ölüb.
Mənbə: axar.az