Ermənistan sülhə niyə "tələsir"? - Tofiq Zülfüqarovun şərhi

Ermənistan sülhə niyə "tələsir"? -

“Ermənistanın sülhlə bağlı tələskənliyi beynəlxalq ictimaiyyətin gözü önündə görüntü yaratmaq cəhdidir. İddia edirlər ki, erməni tərəfi Azərbaycandan fərqli olaraq sülhə hazırdır. Əslində isə reallıq tamam fərqlidir. Sərhədlərin müəyyən edilməsi, təzminat kimi vacib məsələlər həll olunmalı, kommunikasiyaların açılması təmin edilməlidir. Fakt odur ki, erməni tərəfi digər öhdəliklərdən boyun qaçırmağa çalışır”.

Bunu politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, sülh üçün əsas olan təminatlar qəbul edilməlidir:
“Bu gün Paşinyan 5 sənədə imza atsa belə, bu, məsələni həll etmir. Əsas erməni cəmiyyəti, onun “ideologiyası”, iddialarıdır ki, bu, dəyişməlidir. Azərbaycan hazırda məhz bununla məşğuldur. Ona görə də 5-6 səhifəlik sənədə imza atmaqla bütün məsələlər öz həllini tapmayacaq”.
Sevinc

Mənbə: www.bakupost.az