Buna görə istefa veribmiş

Buna görə istefa veribmiş

ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink Prezident Donald Trampın administrasiyası ilə siyasi fikir ayrılıqlarına görə vəzifəsini tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times”məlumat yayıb.

“O, Tramp administrasiyasının Ukrayna ilə bağlı strategiyasını dəstəkləmək istəyini şübhə altına alan yüksək vəzifəli şəxslərin artan təzyiqinə məruz qalıb”, - nəşr yazır.

Qeyd edək ki, Brink 3 ildir ki, səfir vəzifəsini icra edirdi.

Mənbə: qafqazinfo.az