"Bayden də Zelenski ilə problem yaşayıb, amma..." - Blinken

"Bayden də Zelenski ilə problem yaşayıb, amma..." -

ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenski ilə fikir ayrılıqları yaşayıb, lakin onlar bunu gizli saxladılar.

Bu sirri CNBC telekanalına müsahibəsində ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken açıqlayıb.

"Ukraynalı dostlarımızla, o cümlədən Zelenski ilə hər hansı fikir ayrılığımız olubmu? Əlbəttə. Biz bunu baş verəndə ictimaiyyətə göstərmişikmi? Xeyr", - deyib.

Bundan əvvəl Dövlət Departamentinin keçmiş rəhbəri bildirmişdi ki, prezident Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının idxala nəzarəti gücləndirmək siyasəti ölkəni təcrid vəziyyətinə salır. Onun sözlərinə görə, Tramp ABŞ-ni tənhalığa aparır.

Gülayə Mecid


Mənbə: unikal.az