Kavelaşvilinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Kavelaşvilinin Azərbaycana səfər proqramı

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana edəcəyi ilk rəsmi səfərinin proqramı açıqlanıb.

Bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.

Proqrama əsasən, Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Azərbaycanın Baş Naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər də nəzərdə tutulub.

Mənbə: bizim.media