İran nümayəndə heyəti bu həftə Romada ABŞ-lə danışıqların ikinci raundunda iştirak edəcək.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı zamanı bildirib.
Əraqçinin sözlərinə görə, danışıqlar yenidən Oman Sultanlığının vasitəçiliyi ilə baş tutacaq. O, aprelin 12-də Maskatda baş tutan ilk görüşün "əla" keçdiyini və əsas müzakirə mövzusunun İranın nüvə dosyesi olduğunu qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffla Abbas Əraqçi arasında dolayı danışıqlar Maskatda baş tutub.
Danışıqların ikinci raundu şənbə günü, aprelin 19-na təyin edilib.
Mənbə: unikal.az