ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru Daniel Fridə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi variantlarını öyrənir.
Amerika lideri Rusiyanın Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına inandığı halda departamentlər bu variantı nəzərdən keçirəcək.
Qeyd edək ki, aprelin 12-də Tramp Rusiyaya qarşı ABŞ-nin keçmiş Prezidenti Co Baydenin təqdim etdiyi sanksiyalar paketinin müddətini bir il müddətinə uzadacaq Fərman imzalayıb.
Mənbə: qafqazinfo.az