“Zəngəzur dəhlizinin açılmasını niyə istəmirlər?”

“Zəngəzur dəhlizinin açılmasını niyə istəmirlər?”

“Zəngəzur dəhlizi cəmi 40 km-lik məsafədir, amma 40 ildir ki bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Erkin Qədirli TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında bildirib.

“Başlıca səbəb Ermənistandır. Amma bunu istəməyən başqa ölkələr də var. O yolun açılmasını niyə istəmirlər? O yolun Turan yolu olduğunu anladıqlarına görə istəmirlər. İpək yolu adlandırılan çox qədim ticarət yolunun təhlükəsizliyini türklər qoruyub”, - deyə, millət vəkili əlavə edib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az