ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff ABŞ-Rusiya münasibətlərini yenidən formalaşdırmağın mümkün olduğunu deyib.
O, bu barədə “Fox News” telekanalına müsahibə verib.
"Məncə, regiona real sabitlik gətirəcək çox cəlbedici ticarət imkanları vasitəsilə Rusiya-ABŞ münasibətlərini yenidən formalaşdırmaq potensialı var. Tərəfdaşlıqlar sabitliyə gətirib çıxarır", - deyə Uitkoff söyləyib.
Amerikalı diplomat Ukraynadakı həll yolu çərçivəsində qlobal mənada dünya üçün çox vacib olacaq bir şeyin astanasında olmaq imkanının olduğunu bildirib. Qeyd edib ki, bu proses Rusiyaya qoşulan beş regiondan kənara çıxır və sülh sazişinin təhlükəsizlik zəmanətlərini və Ukraynanın NATO-ya qəbulu planlarından imtinanı ehtiva edir.
Roza
Mənbə: publika.az